Məşhur erməni futbolçusu Bakıya gəlməkdən qorxub –Mxitaryan “Qarabağ”la görüşdə oynamayacaq

0
9
İngiltərə “Arsenal”ının və Ermənistan millisinin futbolçusu Henrix Mxitaryan Avropa Liqasının II turunda “Qarabağ” komandası ilə keçirəcəkləri matç üçün Bakıya gəlməyəcək.

Bu haqda məlumatı ESPN telekanalının “Arsenal” üzrə müxbiri Mattias Karen şəxsi “Twitter” hesabında yazıb.

O, əldə etdiyi məlumatı belə bölüşüb: “Mənə məlumat veriblər ki, Henrix Mxitaryan Azərbaycana səyahət etməyəcək. Bu, oyunçunun Azərbaycan – Ermənistan münaqişəsi səbəbindən təhlükəsizlik məqsədilə verdiyi şəxsi qərarıdır”.

Jurnalist həmçinin 29 yaşlı yarımmüdafiəçinin Avropa Liqasının finalında iştirakının da sual altında olduğunu bildirib: “Əgər “Arsenal” Avroliqanın finalına vəsiqə qazana bilsə, Mxitaryan həmin görüşdə də iştirak etməyə bilər”.

Qeyd edək ki, oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” ”Arsenal” matçı saat 20:55-də başlanacaq. (Report)