ABŞ Gülənlə bağlı hesabat dərc edib

0
3
Türkiyə ilə ABŞ arasında Fətullah Gülən və rahib Endrü Branson gərginliyinin artdığı bir dövrdə ABŞ daha bir addım atıb.

ABŞ-ın Xarici İşlər Nazirliyinin hər il açıqladığı terror və ölkələr hesabatının 2017-ci il versiyasında Fətullah Gülən din xadimi kimi dəyərləndirilib.

Hesabatda həmçinin bundan əvvəlki versiyada olduğu kimi Gülən və tərəfdarlarının “Türkiyə tərəfindən terror qruplaşması kimi tanındığı” vurğulanıb.

Nazirlik 2017-ci ilə hazırladığı hesabatında Türkiyənin FETÖ terror qruplaşmasına aid əməliyyatlar və aparılan sorğular üstü örtülü tənqid edilib.

Bütün bunlarla yanaşı həmçinin bəzi kompromislər də edilib. Belə ki, bundan əvvəlki versiyasında “Türkiyənin PYD-ni PKK-nın bir qolu kimi görməsi” ifadəsi çıxarılıb.

Eyni zamanda Türkiyənin daxildə PKK xaricdə isə İŞID terror qruplaşmaları ilə mübarizə aparması məsələsi vurğulanıb.

Qeyd edək ki, hesabatda həmçinin bütün dünyada terror hadisələrinin 23 faiz aşağı düşdüyü də qeyd edilib.