Bu barədə ötən həftə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bildirib. Onun sözlərinə görə, Moskva həmçinin Rusiyanın iştirakı ilə birgə müəssisələr yaradılmasına ümid edir. Xəbəri RİA agentliyi yayıb.
Azərbaycan İqtisadiyyat Nazirliyinin məlumatına görə, 2018-ci ilin yanvarından iyununa qədər respublikadan Rusiyaya 349,23 milyon dollarlıq məhsul ixrac olunub, bu, 2017-ci ilin birinci yarısının analoji göstəricilərindən 5,76% çoxdur. Öz növbəsində, Rusiyadan Azərbaycana məhsul ixracının həcmi 788,21 milyon dollar təşkil edib ki, bu da 2017-ci ilin ilk altı ayının analoji göstəricisindən 0,29% çoxdur.
Bir müddət əvvəl Moskvadakı və Bakıdakı mənbələr bildiriblər ki, avqustun 31-nə İlham Əliyevin Moskvaya rəsmi səfəri nəzərdə tutulub. Göründüyü qədər, səfər çərçivəsində iqtisadi və ticari sahədə əməkdaşlıq haqqında bir sıra ikitərəfli sənədlər imzalanacaq.