Türk lirəsi sürətlə ucuzlaşır –1 dollar artıq 5.5 lirəyə dəyişdirilir

0
17
ABŞ-ın Türkiyənin iki nazirinə sanksiya tətbiq etməsindən sonra türk lirəsi sürətlə ucuzlaşır.

Strateq.az Türkiyəı mətbuatına istinadən xəbər verir ki, artıq 1 dollar qardaş ölkədə 5,55 lirəyə dəyişdirilir.

Ekspertlərin fikirincə, dollar yaxın günlərdə 6 lirəyə qədər yüksələcək.

Onu da qeyd edək ki, Türkiyə Mərkəzi Bankı bir neçə gün əvvəl dolların yüksəlməsinin qarşısını almaq üçün  dövriyyəyə 2.2 milyard dollar  buraxıb. Bundan sonra bəzi mütəxəssislər dolların bahalaşmasının qarşısının alınacağını proqnozlaşdırsa da, görünən odur ki, bu, fayda verməyib.