Jurnalistlər üçün üçüncü bina bu tarixdə təhvil veriləcək

0
1

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli jurnalistlər üçün tikilən üçüncü binanın istifadəyə veriləcəyi tarixi açıqlayıb.

Bununla bağlı V.Səfərli bildirib ki,  bina 2020-ci ildə təhvil veriləcək.
“Hazırda binada tikinti işləri sürətlə gedir. Binanın üçüncü mərtəbəsi tamamlanmaq üzrədir”, – deyə V.Səfərli qeyd edib. (APA)