İqtisadiyyat və Sülh İnstitutu 2018-ci il qlobal sülh reytinqini tərtib edib.
Reytinqdə birinci yerdə İslandiya qərarlaşıb. Bu ölkədə kriminal vəziyyət ən minimal səviyyədədir. Belə ki, İslandiyada hər 100 min nəfərə 1,8 qətl hadisəsi qeydə alınıb.
Yeni Zelandiya ikinci, Avstriya üçüncü yerdə qərarlaşıb. İlk onluqda həmçinin Portuqaliya, Danimarka, Kanada, Çexiya, Sinqapur, Yaponiya və İrlandiya yer alıb.
Qeyd edək ki, qlobal sülh reytinqi ölkələrdə kriminal vəziyyəti, terror aktlarını, silah idxalı və ixracını, məhkumların sayını və digər amilləri nəzərə almaqla tərtib olunur.