Bakıda tixac: taksilər qiyməti iki dəfə qaldırıb, avtobuslar kondisioneri qapadır – Şəhər nəqliyyatında dəhşətli mənzərə

0
5

Xəbər verildiyi kimi, bir neçə gündür Xırdalan- Şamaxınka yolunda gedən təmirlə bağlı şəhərin müxtəlif istiqamətlərində böyük tıxaclar müşahidə olunmağa başlayıb.

Mia.az bildirir ki, belə bir vəziyyətdə taksi xidməti göstərən şirkətlər – *8555, *9111, *9333 və sair şirkətlər də qiymətləri xeyli qaldırıb.
Məhz bu səbəbdən şəhərdaxili avtobus və metrolara təlabat daha da artıb.
Maraqlı burasıdır ki, havaların qızmar keçdiyi bu günlərdə isə şəhərdaxili marşrurlar da kondisionerləri qapalı tuturlar.
Mia.az-ın əməkdaşı Xırdalandan Bakıya işləyən 119, 135 saylı avtobuslarda, o cümlədən “Şamaxinka”dan 28 may metrosu istiqamətində işləyən 85 saylı avtobuslarda belə halları müşahidə edib.
Diqqətçəkən nüans budur ki, qeyd edilən problemlər digər marşrut xətlərində də yaşanır. Məsələn, Yeni Yasamal, Binəqədi qəsəbəsi istiqamətində işləyən avtobuslarda da kondisionerlər işləmir.
Elə bir neçə gün əvvəl jurnalist Zülfiyyə Quliyevanın Feysbuk-dakı status da bunu sübut edir. O, səhifəsində kondinsionerə görə 133 saylı avtobusun sürücüsü ilə sərnişinlərin davaya çıxdığını belə nəql edib: “133 saylı avtobusda kondisionerin yanması üçün sürücüylə qırğındı. Sürücü söyüş qoyub ki, yandırmayacaq!!!”
Maraqlıdır, Prezident İlham Əliyev ölkəyə turist cəlb edilməsinin vacibliyi üçün dəfələrlə müvafiq qurumların qarşında tələb olaarq qaldırıb, bu sahənin iqtisadiyyatdakı əhəmiyyətini qabardıb. Hətta ölkəyə gələn turistlərdən rüşvət amaq üçün min oyundan çıxan Miqrasiya Xidmətinin rəhbərliyini sərt şəkildə hədələyib, vizifəsindən azad elədi. Bəs, Bakı Nəqliyyat Agentliyi bundan da ibrət götürməyib? Yerli camaatı anladıq, axı belə vəziyyətdə hansı  turist avtobuslara minər və ya Azərbaycan haqqında yüksək təəssüratla ölkəsinə dönər ki?