Ərdoğanın nə vaxt and içəcəyi bilindi –8 nazirlik ləğv olunacaq

0
5
Prezident seçkisində qalib gələn Ərdoğanın andiçmə mərasiminin keçiriləcəyi tarix açıqlanıb.

Strateq.az Türkiyə mətbuatına istinadən bildirir ki, mərasim iyulun 8-dı keçiriləcək. Həmin günü deputatlar da BMM-də and içəcəklər.

Məhz bu tarixdən sonra Türkiyə dövləti prezident üsul-idarəsinə sürətlə keçəcək.

Məlumatda o da bildirilir ki, mərasimdən sonra ölkədəki nazirliklərdən 8-i də ləğv olunacaq, bundan başqa yeni vitse-prezidentlər təyin ediləcək.