Futbolçular baş məşqçini dəyişməyi xahiş etdi – Məğlubiyyətdən sonra

Futbolçular baş məşqçini dəyişməyi xahiş etdilər.

Argentina yığma komandası Xorvatiyaya 0-3 hesabı ilə uduzduqdan sonra komanda daxilində böyük narazılıq yaranıb.
Argentina yığma komandasının futbolçuları çempionatın qrup mərhələsindəki son oyuna baş məşqçini dəyişməyi xahiş ediblər.
Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, oyunçular Argentinanın baş məşqçisi Xorxe Sampaolinin son oyuna rəhbərlik etməsini istəmirlər. Futbolçular növbəti oyuna  məşqçisi kimi baş məşqçinin köməkçisi ilə çıxmağı arzulayırlar.
Xatırladaq ki, qrup mərhələsinin son oyunu 26 iyunda Nigeriya komandası ilə olacaq.