“Ölkədə insan haqlarının durumu çox pisdir” –Hüquq müdafiəçisi Ombudsmanın fikirləri ilə razılaşmır

0
5
Azərbaycanda sabitlik və insan hüquqları­ tam təmin olunur”.  İnsan hüquq­ları üzrə müvəkkil ­Elmira Süleymanova bunu iyunun 20-də Bakıda keçirilən “Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu” mövz­usunda Ombudsmanların­ XV Bakı Beynəlxalq ­Konfransında deyib.

“Mən bu məsələdə münasibətimi iki hissəyə ayırıram. Bunun biri ombudsman Elmira Süleymanovanın özünə, digəri isə ölkədəki insan haqlarının vəziyyətinə aiddir”.

Hüquq müdaifəçisi Arzu Abdullayeva bunu Ombudsmanın fikirlərini “Azadlıq” radiosuna şərh edərkən bildirib. A.Abdullayeva bildirib ki, bir insan kimi ombudsmanla yaxşı münasibətləri var. Ölkənin sadə vətəndşalarının hansısa problemi ilə bağlı müraciət edildikdə, istər özü, istərsə də Aparatı buna biganə yanaşmır:

“Amma ölkədə siyasi hüquqlara, vətəndaş azadlıqlana gəlincə vəziyyət olduqca pisdir. Əgər, Ombudsman deyirsə ki, dövlət qurumlarında insan hüquaları təmin edilir, bu reallıqada görünmür. Çünki, hüquqların gerçəklikdə təminatı yoxdur. Başqa tərəfdən Ombudsmanın bu məsələdə səlahiyyəti varsa, bu gerçəklikdə görünmür”.

A.Abdullayevanın fikrincə, bu barədə danışan hüquq müdafiəçiləri heç də ölkəyə düşmən münasibət bəsləmirlər: “Biz istəyirik ki, bütün vətəndşalrın hüquqları təmin edilsin. Onlara qarşı haqsızlıq olmasın, insnalıq dəyərləri dəyərdən düşməsin… İndiki halda isə bu sahədə vəziyyət çox pisdir”.