Avropa İttifaqından Azərbaycanın bank sisteminə sərt tənqid:“Həyata keçirilən siyasət və tədbirləri effektiv saymırıq”

0
6
“2018-ci ildə Azərbaycanda qeyri-neft sektorunun inkişafı əsasən tikinti sahəsi ilə bağlı olub”.

“APA-Economics” xəbər verir ki, bu barədə Avropa İttifaqının Azərbaycanla bağlı hazırladığı “Azərbaycanda biznes mühiti 2018” adlı hesabatında qeyd olunub.

Hesabatda vurğulanıb ki, Azərbaycanda tikinti sektoru 2015-ci ildən bəri mənfi inkişaf göstəriciləri sərgiləyib. “Buna baxmayaraq, hökumətin 2018-ci ildə dövlət investisiyalarının 40 faizədək artırılması planları ilə birgə İqtisadiyyat Nazirliyi bu il tikinti sektorunun 15 faizədək böyüyəcəyini proqnozlaşdırır,” – deyə hesabatda qeyd olunub.

Hesabat müəllifləri qeyd edir ki, iqtisadiyyatın sabitləşməyinə və daha müsbət iqtisadi proqnozlara baxmayaraq, hökumət bank sektorundakı həssaslıqlara nəzər yetirməlidir: “Azərbaycan banklarının ümumi vəziyyətinin müəyyən qədər sağlamlaşmasına baxmayaraq, sektorda struktur zəifliklər hələ də qalmaqdadır. Məsələn, 2017-ci ildə ümumilikdə bank sektorunun mənfəət əldə etməsinə baxmayaraq, 19 bankdan 11-i ili zərərlə başa vurub. Vaxtı keçmiş kreditlərin həcmi də kifayət qədərdir. Bütün bunlar, eləcə də Maliyyə Bazarlarına Nəzarət Palatasının (FİMSA) müstəqilliyini itirməsi onu deməyə əsas verir ki, Avropa İttifaqı şirkətlərinin 31 faizi FİMSA tərəfindən həyata keçirilən siyasət və tədbirləri effektiv saymır”.