Dünyanın ən bahalı futbolçusunun adı açıqlanıb

CIES Futbol Araşdırmaları Mərkəzi dünyanın ən bahalı 100 futbolçusunun siyahısını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, siyahıya 201,2 milyon avro dəyərində qiymətləndirilən “Tottenhem”in hücumçusu Hari Keyn başçılıq edir.

H.Keynin ən yaxın izləyicisi PSJ-nin hücumçusu Neymardır (195,7 milyon avro). İlk üçlüyü isə braziliyalının komanda yoldaşı 19 yaşlı fransız Killian Mbape (186,5 milyon avro) tamamlayır.

“Barselona”dan Lionel Messi (184,2 milyon avro) dördüncü, “Liverpul”un misirli futbolçusu Məhəmməd Salah (171,3 milyon avro) beşincidir.