Azərbaycanın AŞPA-da nümayəndə heyətinin iki yeni üzvü təsdiqlənib

0
5
Azərbaycan Milli Məclisinin (MM) Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin boşalan 2 yerinə təklif olunan namizədlərin adları təsdiqlənib.

MM-dən APA-ya verilən məlumata görə, AŞPA nümayəndə heyətinin iki yeni üzvü – deputatlar Naqif Həmzəyevin və Çingiz Qənizadənin namizədliyini qəbul edib. Onların AŞPA-nın iyunun sonunda keçiriləcək yay sessiyasında iştirakı gözlənilir.

Qeyd edək ki, MM-in AŞPA-dakı nümayəndə heyətinin üzvləri Rövşən rzayev və Vüsal Hüseynov müvafiq olaraq Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri və Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifələrinə təyin ediliblər.