- Cari ilin iyul və avqust aylarında anomal istilər gözlənilir.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İctimai təşkilatlarla iş, ekoloji maarifləndirmə və elm sektorunun müdiri Umayra Tağıyeva deyib.
O bildirib ki, bu yay anomal istilərin uzunmüddətli olacağı gözlənilir:
“Havanın temperaturunun normadan 5-6 dərəcə çox olduğu günlər olacaq”.
Nazirlik əhaliyə müraciət edərək anomal istilərdə günəş şüaları altında qalmamağı məsləhət görüb:
“Anomal isti yay aylarında günorta saatlarında 11-dən 5-dək günəş şüaları altında qalmaq risklidir”.