“Bakı gözəli” yarışmasında birincilik üstündə dava – VİDEO

Paytaxt məkanlarının birində keçirilən “Bakı gözəli 2018” gözəllik müsabiqəsinin final günü dava düşüb.

“Instagram”da yayılan videoda “Show Production”un təşkilatçılığı ilə baş tutan gecənin qaranlıq məqamları üzə çıxıb.
Məlum olub ki, iştirakçılar arasındakı davaya səbəb ikinci yeri qazanan iştirakçının “Mən daha çox pul vermişəm, niyə birinci olmadım?” deyə tacı yerə çırparaq etiraz etməsi olub.
“Azmedia” səhifəsinin məlumatına görə, məsələ “saçyoldu”yadək uzanıb.