Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Demokratik Qüvvələrin Milli Şurasının mayın 28-nə paytaxtda planlaşdırdığı mitinqə razılıq vermədiyi deyilir.Strateq.az xəbər verir ki, bu haqda Milli Şuradan bildiriblər. Məlumata görə, Milli Şura mayın 28-də mitinq keçirməkdən ötrü BŞİH-ə müraciət edib.
Ancaq icra hakimiyyəti bu müraciətə müsbət cavab verməyib.
Milli Şuradan verilən məlumata görə, BŞİH bildirib ki, mitinqin mayın 26-da keçirilməsini məqsədəuyğun hesab edir. BŞİH-in cavabının Milli Şurada müzakirə edildiyi, mayın 26-da mitinq keçirmək qərarından imtina olunduğu bildirilir.
Milli Şura isə mayın 28-də Novxanıda Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi ilə bağlı bayram mitinqi keçirməyə qərar verib.