Danimarkalı nazir Inger Stojberg müsəlmanların Ramazan ayında işləmələrinin hər kəs üçün təhlükəli olduğu deyib.
Moderator.az xəbər verir ki, cəmiyyətdə miqrasiya əleyhinə fikirləri ilə tanınan nazir “Danimarka cəmiyyətini yarana biləcək mənfi nəticələrdən qorumaq üçün Müsəlmanlardan Ramazan ayı boyunca işlərindən ayrılmalarını istəyirəm” – deyib.
Oruc tutmağın təhlükəsizlik və rahatlığa təsir göstərəcəyindən qorxduğunu qeyd edən nazir 10 saat ərzində heç bir şey yeməyən bir avtobus sürücüsünü nümunə göstərərək “Bu hamımız üçün təhlükəli ola bilər ” deyə açıqlama verib.