Elektrik enerjisi ilə işləyəcək “Mercedes” istehsal olunacaq- Fransada

0
4
Almaniyanın avtomobil istehsalçısı “Mercedes” şirkəti elektrik enerjisi ilə işləyəcək ilk avtomobilləri Fransada istehsal edəcək.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, avtomobil nəhəngi 2022-ci ildə bütün seriyalar üzrə elektrikli avtomobillər təqdim edəcəyini bəyan edib.

Bunun üçün Fransadakı “Hambax” zavoduna 500 mln. avro sərmayə qoyulacaq. Fransa prezidenti Emmanuel Makron bu qərarı məmnuniyyətlə qarşılayıb və “Twitter” sosial şəbəkəsindəki hesabında “Mercedes”in rəhbərliyinə təşəkkür edib.