Amma görünür bu vəzifə sabiq gömrük rəisinin iddialarına tam cavab vermir. O, yaxın ətrafı ilə söhbətlərdə rayonlardan birinə icra başçısı getmək kimi niyyətinin olduğunu gizlətmir. Deyilənə görə, Mübariz müəllim xüsusilə də Bakının rayonlarından birinə rəhbər posta təyinat almaq istiqamətində ciddi çabalar göstərir. Məlum olduğu kimi, dünən Binəqədi rayonunun icra başçısı Xaləddin İskəndərov ölkə başçısının müvafiq sərəncamı ilə tutduğu vəzifədən azad edilib. Onun yerinə hələ ki, təyinat olmayıb. Çox güman ki, həmin rayona icra başçısı olmaq istiqamətində səy göstərənlərdən biri də Mübariz Pənahov olacaq.
Azərbaycanda hamının “Laba” ləqəbilə tanıdığı M.Pənahov Naxçıvanın ictimai-siyasi, eyni zamanda idman həyatında mühüm rolu olmuş şəxslərdəndən biri olub. Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri olduğu vaxtlarda onun mühafizəsinin təşkilində iştirak etmiş M.Pənahov etimad qazanaraq Sədərək gömrük-keçid məntəqəsinə müdir təyin olunmuş, 10 ilə yaxın bu vəzifədə çalışmışdı.
Mövzu ilə bağlı Mübariz Pənəhovun da mövqeyini dinləməyə hazırıq.
Rövşən ƏLİ,
Azinforum.az