Ekspert şərhi:“Regionda ən baha qiymətə ət və süd Azərbaycandadır”

0
3
“Kənd təsərrüfatı məhsullarının ixracının artması hələ o demək deyil ki, ölkədə bu sahə hansısa yeni inkişaf mərhələsinə qədəm qoyub. Keçmiş illə müqayisədə hansısa hərəkət var, amma “Azərbaycan məhsulları dünya bazarında rəqabətqabiliyyətlidir» demək hələ çox tezdir”.

Bu barədə “Novoye Vremya» qəzeti özünün yazısında qeyd edib.

Yazıda deyilir ki, iİllərdir kənd təsərrüfatı haqqında iqtisadiyyatın qeyri-neft sektorunun prioritet sahəsi kimi danışılsa da, hələlik burada uğurlar o qədər də nəzərə çarpan deyil.

Müəllif «Süd və Süd Məhsulları İxracatçıları» İctimai Birliyinin sədri Samir Eyyubova istinadən qeyd edib ki, Azərbaycan Rusiya, Qazaxıstan bazarlarını süd məhsulları ilə təmin etməkdə çətinlik çəkir. Onun deməsinə görə, həmin sahəni Belarus istehsalçıları tutublar. S.Eyyubov buna səbəb kimi Azərbaycanda süd məhsullarının maya dəyərinin çox yüksək olmasını göstərib: Biz Kənd Təsərrüfatı Nazirliyi ilə birgə südün maya dəyərinin aşağı salınması üçün proqram hazırlamaq istəyirik. Hazırda fermerlər zərərə işləyirlər. Yüksək maya dəyəri bazarın xarici məhsullar tərəfindən tutulmasına səbəb olur və bu, ixracı məhdudlaşdırır.

Yazıda vurğulanır ki, tək süd yox, regionda ən baha ət də Azərbaycandadır. Müəllif hesab edir ki, fermerlərin kifayət qədər maliyyəsinin olmaması istehsalı artırmağa imkan verməyib.

Yazıda vurğulanır ki, burada daha bir problem yüksək faiz üzündən banklardan kreditlərin götürülməməsindədir.