Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) baş katibinin müavini Azər Əliyev Avropa Olimpiya Komitələrinin (EOC) Avropa Yeniyetmələrinin Olimpiya Festivalı (EYOF) Komissiyasının üzvü seçilib.
MOK-un mətbuat xidmətindən verilən məlumata görə, seçki Serbiyanın paytaxtı Belqradda EOC-un iclası çərçivəsində keçirilib. Toplantıda EOC-un müxtəlif komissiyalarının 4 illik fəaliyyətinə yekun vurulub və növbəti 4 il üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilib.
Azərbaycanı A.Əliyevdən əlavə, EOC İcraiyyə Komitəsinin üzvü, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Anar Bağırov və Marketinq İdarəsinin direktoru Mehman Kərimov təmsil edib.
Qeyd edək ki, 2019-cu ildə EYOF Bakıda təşkil olunacaq.