“Bizim dövr” qəzetinin baş redaktoru ilə müavini məhkəmə zalından azadlığa buraxıldı –Hökm açıqlandı

0
5

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev, onu müavini Hikmət Nəcəfli, Gülbəniz Əliyeva, İlahə Qasımova, Sevinc Məmmədsalayeva və Marif Abbasovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

“Report”un xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Surxay Əliyev, Hikmət Nəcəfli, İlahə Qasımova, Gülbəniz Əliyeva və Marif Abbasovun barəsində şərti cəza çıxarılıb.

S.Əliyev və H.Nəcəfli məhkəmə zalından azadlığa buraxılıb.

Həbsdə olan Sevinc Məmmədsalayeva isə 6 il 6 ay (köhnə cəzası da birləşdirilib) müddətinə azadlıqdan məhrum edilib.