Erməni parlamentinin fəaliyyəti iflic oldu –Müxalifətçi deputat bloku siyasi boykot elan etdi

0
7
Ermənistan parlamentinin bu gün başlanması nəzərdə tutulan plenar sessiyası kvorumun olmaması üzündən baş tutumayıb.

Strateq.az bildirir ki, spiker Ara Babloyan elan edib ki, zalda cəmi 27 deputat qeydiyyatdan keçib.

Müxalifəti dəstəkləyən “Sarukyan” deputat fraksiyası parlamentin işini boykot etdiklərini elan edib: “Ölkədə görünməmiş situasiya var. Bizim fraksiya siyasi boykot elan edir və parlamentin 4 günlük plenar sessiyasında iştirak etməyəcək”.