Yeni nazirə “köhnə” şikayət…

0
3

Yeni nazir Sahil Babayev sələfləri  Füzuli Ələkbərovla Səlim Müslümovun etdiyi qanunpozuntularını  qeyd-şərtsiz yoluna qoya biləcəkmi??
Milletim.info-nun poçtuna oxucu şikayəti daxil olub. İllərdir sürünsürməçilikdən əziyyət çəkən vətəndaşlarımız çıxış yolunu media orqanlarında səslərini duyurmaqda görür. Təbii ki, bizlər də həmişə vətəndaşımızın yanındayıq və əlimizdən gəldiyi qədər onların səsini yuxarı instansiyalara esitdirməyə çalışırıq. Şəki şəhər sakini, ll qrup əlil Rəhimə Novruzəliyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən şikayətçi olan yüzlərlə insandan sadəcə biridir. Rəhimə xanımın ümidi yeni təyin olunmuş ƏƏSM naziri Sahil Babayevədir . Əlil vətəndaşımızın yazmış olduğu müraciəti olduğu kimi diqqətinizə çatdırırıq:

1

“Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevə.
Cənab nazir ,sizə sələfləriniz Füzuli Ələkbərov və Səlim Müslümov və onların vəzifədə saxladığı kadrlarının  bilərəkdən etdiyi qanun pozuntularını aradan qaldırıb, mənim haqlı tələbimi yerinə yetirməniz üçün müraciət edirəm.
Mən 3 mart 2007-ci il tarixindən  “Hər İki Tərəfli Koxlear Nevrit, VI Dərəcə Ağır Eşitmə” diaqnozu ilə II qrup əlil kimi ƏƏSMN-də qeydiyyatdayam. Cəmi 55 manat əlil müavinəti alıram. Lakin bu günə qədər  bir dəfə olsun “eşitmə cihazı” olan reabilitasiya avadanlığı ilə təmin edilməmişəm. Halbuki mövcud qanunvericiliyə əsasən hər 3 ildən bir 1 komplekt “eşitmə cihazı” ilə təmin edilməliydim. Dəflərlə Nazirliyin rayon şöbələrinə məktubla müraciət etmişəm. Daha sonra  dəfələrlə ƏƏSMN-in birbaşa tabeliyində olan  Protez  Ortopedik Bərpa Mərkəzinə getmişəm. Orada mənə bir neçə cihazı yoxlamaq üçün verdilər lakin, təəssüf ki, cihazların heç biri mənə səsləri eşitdirmədi.

Sonuncu dəfə 22 noyabr 2017 tarixində Protez Ortopedik Bərpa Mərkəzinə dəvət edildim.Orada yenə bir neçə cihazı qulağıma qoyub yoxladım .Yenə də mənə səsləri eşitdirəcək cihaz tapılmadı. Sonda Mərkəzin əməkdaşı üzərinə ” REZİN QƏLİB” qoyulmuş bir cihazı kompyuterə qoşub  xeyli qurdaladı. Halbuki mənim eşitmə dərəcəmə uyğun olan nanotexnologiya cihazlar vardır ki, onların hər biri ilə normal eşidə bilərəm. Nanotexnoloğiya əsrində “”QƏLİB SİYASƏTİ”nə də ehtiyac yoxdur. “Eşitmə Cihazları”na “QƏLİB” qoyulması XIX-XX əsrlərdə qalıb. ƏƏSMN-nin bir əsr geriyə qayıtması neft və milyardlar səltənəti olan Azərbaycan Dövlətinin adına rüsvayçılıqdır! Hər il Dövlət Büdcəsindən ƏƏSMN-nə milyonlarla vəsait ayrılır. XXI əsrdə inkişaf etmiş bir dövlətdə, özündən asılı olmayan səbəbdən əlil olmuş vətəndaşı 11 il reabilitasiya avadanlığından məhrum edib, həm də işsiz, kasıb, yoxsul vəziyyətdə 55 manatın ümidinə qalmasına səbəb olmaq bağışlanmaz qərəzlilikdir!

Və bu cihazı demək olar ki, zorən mənə sıradılar. Rayona qayıdıb evdə rahatlıqla cihazı qulağıma qoydum. Cihaz mənə səsləri eşitdirmək əvəzinə qulağıma ağrı verdi. Mən cihazın yararsızlığı barədə POBM-nin direktoru Asif Əliyevə zəng edib məlumat verdim. Daha sonra  cihazı Şəki TSEK sədrinə göstərdim və poçtla geriyə POBM-nə qaytardım. İki  aydan artıq gözlədim. Sonra  ƏƏSMN-in laqeyd münasibətindən  10.02.2018-ci il tarixində Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbliyə  və ƏƏSM naziri Səlim Müslümova şikayət yazdım. Surətini mətbuatda ictimailəşdirdim. Milli Məclisin deputatı Hadı Rəcəblidən:”şikaytəiniz ƏƏSMN-in müavini Natiq Məmmədova göndərildi cavabını aldım. Aradan daha iki ay keçib lakin nazir müavini Natiq Məmmədovun laqeydliyi səbəbindən bu günə qədər də “eşitmə cihazı”dan məhrumam.
Cənab nazir! Mənə səsləri eşitdirəcək “eşitmə cihazı” nə qədər baha qiymətə olsa da, ƏƏSMN-yi həmin cihazla məni təmin etməyə BORCLUDUR! Mənim reabilitasiya avadanlığı ilə təmin edilməməyim, həm də, mənim ƏƏSMN-in Beynəlxalq Əmək Təşkilatı ilə birgə reallaşdırdıgı “Özünü Məşgulluq” Layihəsindən kənarda qalmağıma səbəb  olub. Belə ki, mən 2016-cı ildə adıçəkilən layihədə iştirak edib dövlətin yaratdığı şəraitdən yararlanıb  55 manat əlil pensiyasından asılılıqdan xilas olmaq və özümə xırda bir iş qurmaq təklifi ilə Şəki Məşgulluq Mərkəzinə müraciət etdim .Orada məni işsiz kimi qeydiyyata aldılar və “kitab dükanı” layihəmi qəbul etdilər. Aradan altı ay keşmiş 2016-cı ilin sentyabr ayında Şəki Məşgulluq Mərkəzində mənə layihədən kənarlaşdırdıldığımı söylədilər. Şəki Məşgulluq Mərkəzinin direktoru Elçin Salamov:”Bu iş sənlik deyil”- deyərək,  mənə qarşı qərəzli mövqe sərgilədi. Elçin Salamov özündən əvvəlki  direktor, mənim haqlı şikayətimə əsasən vəzifədən çıxarılan (Füzuli Ələkbərovun kadrı) Məmməd Nəsibovun qisasını alırdı. Mən ƏƏSMN-nə getdim, ərizə təqdim etdim. Lakin “QƏBUL OTAGI”ndakı əməkdaşlar məni qəbula buraxmadılar. Hətta ƏƏSMN-in İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Elman Babayev də eyni qərəzli mövqedən çıxış edərək mənim hüquqlarımın pozulmasına rəvac verdi. Məni günahkar çıxartmağa çalışdı. Mənimsə yalnız bir “günahım” var-ƏLİL OLMAĞIM!
Hazırda,  2018- ci ilin “Özünü Məşgulluq” Layihəsinin Təlimləri başlanıb. Şəki Məşgulluq Mərkəzinin direktoru Elçin Salamov və baş məsləhətçi mənim kar olmağımı  bənahə gətirərək adıçəkilən layihədən kənarda saxlamağa çalışırlar. Bu isə mənim  55 manat Əlil müavinətinin ümidinə qalmağıma səbəb olacaq. Son 3 ildə mili valyutanın 3 dəfə devolvasiyaya uğramasını da nəzərə alsanız, 55 manatla necə yaşadığımı təsəvvür belə edə bilməzsiniz. Şəki Məşgulluq Mərkəzinin direktoru Elçin Salamov Protez Ortopedik Bərpa Mərkəzinin  direktoru Asif Əliyev və onun müavini Elmira (soyadını bilmirəm) ilə əlbir olub məni “Özünü Məşgulluq” layihəsindən kənarda saxlamağa çalışırlar. Şəki Məşgulluq Mərkəzinin  direktoru və baş məsləhətçisinin daha bir FIRILDAĞINI nəzərinizə çatdırıram.
Belə ki, mənə sən karsan deyib “Özünü məşgulluq” layihəsindən kənarda saxlayan  Elçin Salamov məni Küdürlü kəndində Bələdiyyədə iş  və ya rayondakı “Planet” dükanına Kompyuter operatoru  işinə  göndərirmiş kimi GÖRÜNTÜ yaratmağa çalışdı. Bunun fırıldaq olduğu aşkarlananda heç utanıb eləmədilər. Belə məntiqsiz, fırıldaqçı və məsuliyyət hissindən uzaq birinin bu boyda rayonun Məşgulluq Mərkəzinə rəhbərlik etməsi qanunaziddir. KAR əlillərə reabilitasiya avadanlıqlarına birbaşa ƏƏSMN-i cavabdehdir. Sizdən əvvəlki nazirlərin mənimlə hansı qərəzliyi vardır bilmədim, amma onu bilirəm ki, belə qanun pozuntuları hər iki nazirin görəvdən alınmasına səbəb oldu.
Cənab nazir! Siz, Ali Hüquq təhsili almısınız. Qanunların aliliyi və vətəndaşların hüquqlarının təmini sizin üçün prioritet məsələ olmalıdır. Artıq 11 ildir davam edən qanunsuzluq qısa zamanda aradan qaldırılmasa, mövcud qanunvericiliyə uyğun olaraq mənim 11 illik təzminat tələbi ilə məhkəməyə müraciət etmək hüququm vardır. Ümid edirəm sələflərinizin kobud qanun pozuntularının təkrarlanmasına yol verməyəcəksiz və qısa zamanda mənim qanuni tələblərimin yerinə yetirilməsinə göstəriş verəcəksiz.”
Hörmətlə : Rəhimə Novruzəliyeva.

Şəki M.Ə.Rəsulzadə p.168\21.