Bricit Macron Ağ evdə ABŞ-ın birinci xanımı Melaniya Trampla görüşdüyünü, onun dözülməz həyat yaşadığını deyib.“Melaniya Ağ evdən kənara çıxa bilmir, həbs həyatı yaşayır. Ona nəfəs almağa imkan vermirlər. İstədiyi addımı ata bilmir. Yaşadığı evdə pəncərəni də açmağa icazə vermirlər. Hər yerdə mühafizəçi ona nəzarət edir” – Fransanın birinci xanımı jurnalistlərə bildirib.
Qeyd edək ki, 48 yaşlı keçmiş maniken Melaniya 2005-ci ildə Donald Trampla evlənib.
AzVision.az