Bu barədə hərəkatının bəyanatında deyilir.
Sənəddə bildirilir ki, pensiya qanunvericiliyində islahat adı ilə edilən son dəyişikliklər yaşı çatmış şəxslərin pensiyaya çıxış imkanlarının məhdudlaşdırılması ilə yanaşı orta aylıq pensiya məbləğinin aşağı düşməsinə gətirib çıxaracaq.
“Yeni dəyişikliklərdən sonra pensiyalar üçün əvvəllər mövcud olmuş və dövlət büdcəsindən maliyyələşən baza hissəsi ləğv olunub. Bu dəyişikliklərə görə bundan sonra pensiyalar fərdi yığımların bazasında formalaşacaq. Ölkədə kütləvi işsizliyin müşahidə edilməsini, eləcə də işləyənlərin bir hissəsinin qeyri-leqal fəaliyyət göstərdiyini, aldıqları məvacibin aşağı olduğunu nəzərə alsaq, onda yeni qanunla vətəndaşların əksəriyyəti təqaüd yaşı çatdıqdan sonra pensiya ala bilməyəcək. Bu halda onlara yalnız qocalıq müavinəti veriləcəyi gözlənilir ki, onun da hazırki məbləği 55 manatdır”.
Bəyanatda deyilir ki, hazırda rayonlarda yaşayan 1 milyon 700 min torpaq mülkiyyətçisinin çoxunu bu cür tale gözləyir: “110 manat məbləğində pensiya almaq üçün pensiya yaşlı vətəndaşın 25 il iş stajı və minimum 15 800 manat məbləğində pensiya kapitalı olmalıdır. Bu isə o deməkdir ki, hətta 25 il və ondan çox əmək stajına malik olan ölkə vətəndaşlarının bir qisminin fərdi sığorta hesablarında yığılan vəsait onlara ən yaxşı halda minimum məbləğdə, yəni 110 manat pensiya verilməsini təmin edə biləcək. Hətta hazırkı bazar qiymətlərinə adekvat hesablanmamasına baxmayaraq pensiyaçıların yaşayış minumumunun aylıq dəyərinin 2018-ci il üçün 144 manat müəyyənləşdirildiyi halda yeni qanunla pensiyaya çıxanlara ondan da az məbləğdə təqaüdün verilməsi dövlət tərəfindən əsaslı müdafiəyə ehtiyacı olan ahıl insanları taleyın hökmünə buraxmaq deməkdir”.
ADR Hərəkatı hesab edir ki, hazırkı pensiya qanunu əhalinin kütləvi şəkildə pensiya təminatından məhrum edilməsinə hesablanıb.
Rəsmi statistikaya görə, Azərbaycanda pensiyada olan 1 milyon 315 min insan var.