Yerevanda müxalifətin etiraz aksiyalarının iştirakçıları “Respublika” meydanında yerləşən bir neçə nazirlik binasını blokadaya almağa çalışırlar.
Hadisə yerində olan “TASS”ın müxbiri bildirib ki, polis bu cəhdlərin qarşısını almağa çalışır. Son dəqiqə saxlanılanların sayının artdığı bildirilir.
Aksiyaçıların qarşısını almaq üçün nazirlik binalarının OMON dəstələri tərəfindən nəzarətə alındığı bildirilir.
Son məlumata görə, Yerevanda müxalifətin etiraz aksiyasında 17 nəfər saxlanılıb. Hazırda polis etirazçıları hökümət binasından uzaqlaşdırmağa çalışır.
Qeyd edək ki, Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə S.Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyası keçirilir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurma yaşanıb, saxlanılanlar var.