NATO-nun baş katibi Ankaradan mesaj verdi:”Bu əməliyyat Rusiya, Əsəd və İran üçün açıq-aşkar siqnalıdır”

0
3
“Bu əməliyyat Rusiya, Bəşər Əsəd və İran üçün açıq-aşkar mesaj idi”.

Bunu NATO-nun Baş katibi Yens Stoltenberq Türkiyənin NTV televiziyasına müsahibəsində ABŞ, Fransa və İngiltərənin iki gün əvvəl Suriyanı vurmasına münasibət bildirərəkən deyib.

O, Türkiyənin Rusiyadan “S-400” zenit-raket kompleksi almasına da münasibət bildirib.

Baş katib qeyd edib ki, bu rəsmi Ankaranın suveren qərardır: “Bizim üçün əsas problem bu sistemlə NATO sistemlərinin bir-birinə inteqrasiya edilməsidir”.