0
3
Bu gün BMT Təhlükəsizlik Şurasının təcili iclası keçirilib.
Starteq.az Axar.az-a istinadən xəbər verir ki, iclasda ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli açıqlamasında kimyəvi silahdan istifadəyə görə Rusiyanı ittiham edərək bildirib ki, kimyəvi silahdan istifadə ilə bağlı razılaşmaya xəyanət edib.
Rusiyanın nümayəndəsi Vasili Nebenzya isə açıqlamasında Qərbin qaranlıq qüvvələrə qarşı mübarizəni davam etdirdiyini və Qərbə sanksiyalar paketini hazırlayacağını bildirib.
Suriyanın BMT-dəki nümayəndəsi Bəşəl əl-Cəfəri çıxışında ABŞ, Fransa və Səudiyyə Ərəbistanını terrorçuları silahlandırmaqda ittiham edib.
Suriya nümayəndəsi çıxış üçün kürsüyə çıxan zaman ABŞ, Böyük Britaniya və Fransa nümayəndələri etiraz olaraq salonu tərk ediblər.