“Şərqi Qutanın Duma ərazisində kimyəvi silahdan istifadə etməyimizlə bağlı yayılan xəbərlər həqiqətdən uzaqdır”.
Bu sözlər Suriya hökumətinin açıqlamasındandır: “Suriya ordusu terrora qarşı mübarizədə irəliləyişə nail olanda ortaya kimyəvi silah yalanı atılır. Bu, Dumadakı terrorizmi qorumaq məqsədi daşıyır”, – açıqlamada bildirilib.
Qeyd edək ki, Şərqi Qutanın müxaliflərin nəzarətindəki Duma ərazisinə kimyəvi silahla edilən hücum zamanı 80 nəfərin öldüyü, minlərlə insanın isə zəhərli qazın təsirindən xəstəxanalara çatdırıldığı bildirilib.