AMEA-nın prezidenti: “Rusiya elmi “ölüm vadisi”inə düşüb” –4 ildə 44 min yüksək ixtisas sahibi ölkəni tərk edib

0
3
“Rusiya elmi “ölüm vadisi”nə düşüb”.

Musavat.com xəbər verir ki, şimal qonşumuzdakı elm və texnoloji inkişafın ümidsiz vəziyyətini Rusiya Elmlər Akademiyasının prezidenti, akademik Aleksandr Sergeyev belə təsvir edib.

İsveçrənin “Tages-Anzeiger” qəzeti isə ölkəni tərk edən yüksək ixtisaslı mütəxəssislərin sayının ildə 44 minə çatdığını qeyd edir.

Qəzet ekspert və mütəxəssislərin kütləvi emiqrasiyasının Krımın işğalından, yəni 2014-cü ildən sonra artdığını vurğulayır. Burada Qərbin tətbiq etdiyi sanksiyaların və gündən-günə pisləşməkdə olan iqtisadiyyatın da rolu az deyil.

“Ölkə hüdudlarnı tərk etmək istəyənlər arasında hətta vətənində karyera əldə etmiş şəxslər də çoxdur. Rusiyanın top-menecerlərinin, yəni yüksək maaşlı idarəçilərinin az qala yarısı xaricdə iş qurmaq haqqında xəyal edir. Xüsusilə, gənc rusiyalıları yalnız maaş qayğısı maraqlandırmır. Onlar özlərini sübut etmək, ideyalarını gerçəkləşdirmək imkanlarının yoxluğundan bu qərara gəlirlər”, – müəllif Sita Affentrager yazır.

Yazarın danışdırdığı, Niderlandda özünə iş tapan gənc rusiyalı qızın söylədiyinə görə, Rusiya elmi həqiqi iş görmək əvəzinə ancaq müxtəlif layihələr üçün pul axtarmaqla məşğuldur. Məqalədə hazırkı dövrdə xaricdə təxminən 2,7 milyon rusiyalının yaşadığı və onların hər il 100 min sayda artdığı bildirilir. Bu insanların dörddə biri ölkəni siyasi səbəblərdən tərk edib. Qalanları isə nə şəxsi, nə də iqtisadi planda Rusiyada heç bir gələcək görmədikləri üçün belə bir addım atdıqlarını söyləyirlər.

Müəllif bunula belə Aropada yetişən gənc kadrların həm Rusiya, həm də Qərb üçün ümid olduğunu vurğulayır: “Hər halda olduqca yaxşı təhsil alan bu insanların ən azı 50%-i ölkələrindəki siyasi və iqtisadi şərtlərin dəyişməsi halında daha da püxtələşmiş və yetişmiş kadr olaraq dönə bilərlər. Bunun üçün də bəzi müşahidəçilər rusiyalı emiqrantların doğma vətənləri üçün hələ itirilmədiyinə, öz təcrübələrinə görə burada hakimiyyətin dəyişməsində rol oynaya biləcəyinə və əsaslı islahatlar həyata keçirəcəklərinə inanırlar”.

“Şərqlə Qərb arasında münasibətlərin gərginliyinə rəğmən, gənc emiqrantlar öz vətənləri və qalan dünya arasında kommunikasiya kanalını qoruya bilirlər. Onların müvəffəqiyyətləri isə Qərbin Rusiya televiziyalarında təsvir edildiyi kimi “Şeytan” olmadığı həqiqətini üzə çıxara bilər”, jurnalist yekunda qeyd edir.