İtaliya İŞİD-in təbliğatı ilə məşğul olan bir Teleqram kanalını bağlayıb.
Bağlanan kanal Əlcəzair mənşəli yeniyetmə italiyalı tərəfindən idarə edilib. Yeniyetmənin İŞİD-in cihada çağırış materiallarını italiyan dilinə çevirərək öz kanalı vasitəsilə yaydığı bildirilib.
Polis tərəfindən saxlanılan yeniyetməyə qarşı artıq ittiham irəli sürülüb. Onun üzərində ilk dəfə olaraq deradikallaşma proqramının təminatına başlanılıb. Bu proqrama uyğun olaraq, o, İtaliyadakı məscidlərindən birinin imamının yanına islamın öyrədilməsi üçün yerləşdirilib.