- Yazda hamı gözəl görünmək, formada olmaq, arıqlamaq istəyir. Bunun üçün bir çox faydalı dəmləmələr, çaylar və s. vasitələr mövcuddur.
Saglamolun.az xəbər verir ki, rusiyalı həkim-diyetoloq, arıqlamaq üzrə mütəxəssis Svetlana Berejnaya arıqlamağa kömək edən iksirin reseptini bölüşüb. Bu iksir çox asan hazırlanır.
2 x.q. dığranmış çuğundur yarpaqlarının üzərinə 1 stəkan qaynar su tökün, 2 saat dəmləyin, süzün, gün ərzində 2 dəfə yarım stəkan olmaqla yeməkdən əvvəl için.
Diyetoloqun sözlərinə görə, dəmləmə maddələr mübadiləsi proseslərini əla stimullaşdırır, artıq yağların sovrulmasına mane olur.