Bunu modern.az-a açıqlamasında Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.
O bildirib ki, komissiyaya müxtəlif cinayət törətmiş şəxslər barəsində müraciətlər daxil olub:
“Bunlar demək olar ki, Cinayət Məcəlləsinin əksər maddələri – şəxsiyyət, mülkiyyət, idarəçilik əleyhinə, nəqliyyat, iqtisadi fəaliyyətlə bağlıdır”.
Komissiya üzvü bildirib ki, ömürlük azadlıqdan məhrum edənlərlə də bağlı müraciətlər daxil olur:
“Müraciətlərə baxılır. Bu proses hələ başa çatmayıb . Komissiyanın iclasları yekunlaşandan sonra əfv olunmaları üçün məhkumların siyahısı Prezidentə təqdim olunacaq. Ölkə başçısı tərəfindən kimin əfv olunması dəqiqləşdiriləcək. Bu məsələ dövlət başçısının müstəsna səlahiyyətlərinə aiddir . Eyni zamanda, əfv sərəncamının verilməsi də cənab prezidentin səlahiyyətinə aiddir”.
Qeyd edək ki, Əfv sərəncamının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində imzalanacağı gözlənilir.