Qeysəriyyə əməliyyatı uşaqlarda BU XƏSTƏLİKLƏRƏ səbəb olur

0
3

Alimlər qeysəriyyə əməliyyatının uşağın sağlamlığına olan təsirini araşdırırdı.

Saglamolun.az xəbər verir ki, qadınların hamısı sağlam və cavan (20-35 yaş arası) olub.

Araşdırmanın nəticəsində məlum olub ki, qeysəriyyə əməliyyatı ilə doğulan uşaqlarda təbii yolu ilə doğulan uşaqlarla müqayisədə sağlamlıq problemləri daha tez-tez əmələ gəlir. Bu problemlər arasında: maddələr mübadiləsi pozulmaları, dəri xəstəlikləri (xüsusilə ekzema), nəfəs yolları infeksiyaları və s.

Qeysəriyyə əməliyyatı nəticəsində dünyaya gələn uşaqlarda piylənmə və şəkərli diabet xəstəliyinin riski təbii yolu ilə doğulan uşaqlarla müqayisədə 2,5 dəfə çoxdur.

Bundan əlavə alimlər doğuşun stimulyasiyasının uşaqların sağlamlığına olan müəyyən mənfi təsirini aşkar ediblər.