Müəllimlərin maaşı artırıldı

0
3

Nazirlər Kabineti “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında” qərarına dəyişikliklər edib.

Milletiim.info xəbər verir ki, bu dəyişikliklərə əsasən, müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı Azərbaycan Respublikası Nazirlər 535 manat, direktor müavinlərinin aylıq vəzifə maaşı isə 482 manat müəyyən edilib.
Buna qədər isə müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı 486 manat, direktor müavinlərinin aylıq vəzifə maaşı isə 435 manat olub.
Nazirlər Kabinetinin “Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxeminin və məbləğlərinin təsdiq edilməsi haqqında” qərara etdiyi yeni dəyişikliyə əsasən, müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət ilk peşə-ixtisas təhsili müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı 550 (əvvəl 500 manat), direktorun müavinlərinin, baş mühasiblərinin aylıq vəzifə maaşı əvvəl 495 (450 manat) və dərs hissə müdirlərinin aylıq vəzifə maaşı 440 (əvvəl 400 manat) manat müəyyən edilib.
Bu qərarlar 2018-ci il martın 1-dən qüvvəyə minir.