- Kaliforniya Səhiyyə Departamentinin mütəxəssisləri xəbərdarlıq edir ki, insanlar gecə yatanda mobil telefonlarını bədəndən mümkün qədər uzaq məsafədə saxlamalıdır.
Bu məsafə ən azı 2 m olmalıdır.
Bu radiasiyanın təsirinin və bununla da sağlamlıq üçün risklərin azalmasına kömək edəcək.
Mütəxəssislər sübut edir ki, bir çox faktlar mobil telefonların xərçəng, diqqət pozulması, psixi pozulmalar, sonsuzluq və s. problemlərlə olan əlaqələrini göstərir. Bəzi araşdırmalar mobil telefonun beyin və qulaq xərçəngi ilə olan əlaqəsini sübut edir.
Saglamolun.az xəbər verir ki, mütəxəssislər telefonları bədəndə gəzdirməyi çox pis vərdiş adlandırıblar və onları bədəndən mümkün qədər uzaq tutmağı tövsiyə edirlər.
Kaliforniya mütəxəssislərin fikrinə görə, telefon radiasiyası xüsusilə uşaqlar üçün ziyanlıdır ki, bu radiasiya uşaqların beyninə böyüklərlə müqayisədə daha asan daxil olur.