Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiya XİN bəyanat yayaraq bu addımı təxribat adlandırıb.
Nazirlik hesab edir ki, məlum insidentin (“Skripal işi”) səbəbi və günahkarları müəyyən edilmədən belə qərarın verilməsi dostca olmayan addımdır. Rəsmi Londonla həmrəy olan ölkələr də bu təxribatla həmrəylik nümayiş etdirmiş olublar.
Bəyanatda o da qeyd olunur ki, Britaniya hökuməti bu məsələdə qərəzli və ikiüzlü mövqe tutub.
Qeyd edək ki, Avropa Birliyinin üzvü olan 14 ölkə “Skripal işi” ilə bağlı Rusiyaya qarşı diplomatik tədbirlərə qərar verib. Qərara əsasən Almaniya 3, Fransa 4, Litva 3, Çexiya 3, İtaliya 2, Hollandiya 2, Danimarka 2 rusiyalı diplomatı ölkədən çıxaracaq. Ukrayna isə ölkədən çıxaracağı diplomatların sayının 13 olacağınıaçıqlayıb.