Strateq.az Ağ Evin mətbuat xidmətinə istinadən bildirir ki, ABŞ bu qərarı NATO-dakı müttəfiqləri ilə birgə qəbul edib. Qərar Britaniyada Rusiyanın kimyəvi silah istifadəsinə cavab kimi qəbul olunub.
ABŞ-ı 60 diplomat tərk edəcək: “Biz diplomatik missiyanın 48 əməkdaşını və BMT-dəki 12 əməkdaşı ölkədən çıxarırıq”. Dövlət Departamenti bəyan edib ki, BMT-də diplomat kimi çalışanlar rus xüsusi xidmətinin əməkdaşları olub.
Açıqlamada deyilir ki, bu addım ABŞ-ın milli təhlükəsizliyinə təhdid törədən Rusiyanın casus fəaliyyətinin qarşısını almaqda öz rolunu oynayacaq: “ABŞ və müttəfiqləri bu addımla Rusiyaya başa salmaq istəyir ki, Moskvanın əməlləri öz nəticələrini verir. Amerika Rusiya ilə əməkdaşlıq etməyə hazırdır. Lakin bu yalnız Rusiya hökumətinin öz davranışlarını dəyişdirdikdən sonra mümkündür”.