Trend-in məlumatına görə, Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələrində mövcud olan 140 obyektdə monitorinq aparılıb. Nəticədə Torpaq Məçəlləsinin 46-cı maddəsinin tələblərinin pozulması ilə bağlı olan 46 hal üzrə inzibati xəta törədən şəxslər 388 min manat cərimə edilib.
Monitorinq nəticəsində aşkarlanmış 34 zəbt olunma faktı üzrə sənədlər Daxili İşlər Nazirliyinə göndərilib.
Eyni zamanda, 11 hal üzrə sənədlər özbaşına aparılan tikililərin sökülməsi məqsədi ilə aidiyyəti məhkəmələrə təqdim edilib.