Dubay əmiri Məktumun qızı şahzadə Lətifə saraydan qaçdı – “Atam insanları qətlə yetirən pis insandır”

0
3

Birləşmiş Ərəb Əmirliyinin ən vacib əmirliyi Dubay baş naziri Məhəmməd ibn əl-Məktumun qızı şahzadə Lətifə Əl-Məktum zorla saxlanıldığı saraydan qaçıb. Şahzadə İngiltərənin “Daily Mail” qəzetinə şok ifşaedici məlumatlar açıqlayıb.

Avropa.info xəbər verir ki, şahzadə Hind okeanının cənubunda bir yaxtada çəkilən videolarda atasının lazım olduğu təqdirdə ailə daxilində işgəncə metodları tətbiq etdiyini ifşa edib.

33 yaşlı şahzadə Lətifə çəkdiyi videolarla ailəsinin və atasının ona tətbiq etdiyi işgəncələrə dair bu sözləri deyib:

“Zənn etdiyiniz kimi bizim heç bir azadlığımız yoxdur. Küçəyə çıxmaq qadağam vardı. Saraydan çıxanda nəzarət altında idim və evə müəyyən edilmiş vaxtda qayıtmaq məcburiyyətində idim. Anam məndən məruzə istəyirdi. Əlbəttə ki, şoferdən haralara getdiyimizi soruşurdu. Şofer atamın ofisinə də hesabat yollayırdı”.

Şahzadə Lətifə sözlərinə belə davam edib:

“Atam həyatımda tanıdığım ən pis insandır…Mənə işgəncə verənlərdən biri “Atan bizə sənə işgəncə verməyimizi əmr etdi” deyib. Bunu əmr edib! Bax, bu onun özünü verdiyi fotodur. Atam həyatımda gördüyüm ən pis, ən şər insandır. Atamın şəxsiyyəti çirkabdan ibarətdir! Heç bir şeyi ehtiva etmir. Neçə-neçə insanın həyatını məhv etdi. Neçə-neçə insanı qətlə yetirdi! Neçə-neçə insanı soyuqqanlılıqla öldürdü. Atamdan qorxmuram. Hesab verəcək”.

İlk dəfə 16 yaşında saraydan qaçmağa çalışan şahzadə Lətifə bu cəhdinin uğursuzluğa düçar olmasından sonra dəfələrlə işgəncəyə məruz qaldığını deyib. Atasının adamlarının ona işgəncə verdiyini deyən Lətifə Dubayda 3 il 4 ay müddətində həbsdə qaldığını deyib. Həbsdən çıxdıqdan sonra şəxsi pasportunun əsla verilmədiyini deyən şahzadə 2000-ci ildə bu tərəfə ölkədən heç çıxmadığını bildirib. Maşın sürmə qadağası belə qoyulan Lətifənin bütün addımları nəzarət altındadır.

Ərəb dünyası hadisəni Lətifənin “Böyük Məktum Həbsxanasından qurtuluşu” olaraq təqdim edib. 5 dekabr 1985-ci ildə anadan olan şahzadə Lətifə vəliəhd şahzadənin Əlcəzairli arvadın Huriyədən anadan olub. Dubay baş naziri Məhəmməd ibn Rəşid Əl-Məktumun 6 arvadından 30 uşağı var.