Rusiya və Çin təsir qüvvələrini genişləndirməyə və siyasi və iqtisadi üsullarla ABŞ-ın dünyadakı təsirini zəiflətməyə davam edəcək.
“Report” xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Daniel Koutsun martın 6-da ABŞ Senatına təqdim ediyi dünyada ABŞ üçün təhdidlər barədə olan hesabatında deyilir.
“Rusiya və Çin ABŞ üçün uzunmüddətli perspektivdə qlobal təhdid rolunu oynayacaq. ABŞ-ın digər rəqibləri isə Birləşmiş Ştatların uzunmüddətli regional maraqlarına təhdid olacaqlar”, – hesabatda vurğulanır.
Eyni zamanda Rusiya, Çin, İran və KXDR-in bütün il boyunca ABŞ üçün əsas kiber təhdidlər olacağı göstərilib. “ABŞ-a qarşı kiber əməliyyatlar kiber hücumların xarici siyasətinin bir parçası olan bu ölkələrin strateji məqsədlərinə çatması üçün istifadə olunacaq”, – hesabatda qeyd olunub.