“ABŞ prezident seçkisi zamanı Rusiyada xaos yaratmaq istəyir”.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
“ABŞ-ın Rusiyada keçiriləcək ümumxalq səsverməsinə müdaxilə etdiyinə dair faktlar aşkarlanıb”, – nazir müavini qeyd edib. Xatırladaq ki, bu il martın 18-də Rusiyada prezident seçkisi keçiriləcək.