Tbilisidə üzərinə pəncərə şüşəsinin düşməsi nəticəsində ölən uşaq azərbaycanlıdır

0
3

Tbilisinin Barataşvili küçəsində üzərinə pəncərə şüşəsi düşən və daha sonra xəstəxanada ölən uşağın azərbaycanlı, 14 yaşlı Aslan Məmmədov olduğu açıqlanıb.

APA-nın yerli bürosunun məlumatına görə, uşağın şəxsiyyəti Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilinin başsağlığı mesajında qeyd olunub.

“14 yaşlı Aslan Məmmədovun ölümü ilə nəticələnmiş faciə ilə bağlı uşağın valideynləri, ailəsi, sinif yoldaşları və müəllimlərinə dərin hüznlə başsağlığı verirəm”, – deyə baş nazirin başsağlığı müraciətində bildirilir.

A. Məmmədovun faciəvi ölümü ilə bağlı Gürcüstan prezidenti Giorgi Marqvelaşvili də başsağlığı verib.