Putin rejimi çökəcək, Rusiya isə dağılacaq – Portnikov

0
3
Ukrayna Krımı yalnız Kremldəki hakim rejimin zəifləməsindən sonra geri qaytara bilər.

Axar.az xəbər verir ki, bunu “Espreso” televiziyasına müsahibəsində ukraynalı ekspert Vitali Portnikov söyləyib. Onun sözlərinə görə, Qərb sanksiyaları Kremli zəiflədir, amma bu proses çox zəif gedir:

“Sivil dünya aqressiya ilə razılaşmaq istəmir. Əgər hətta Qərbdəki rusiyayönlü lobbi sanksiyaların yumşaldılmasına cəhd etsə, Putin rejiminə qarşı təzyiqlər yoxa çıxmayacaq. Əslində bu sanksiyalar müəyyən qədər Kremlin əlinə də oynayır. Bunun hesabına hökumət elektoratının sayını artırır, güc strukturlarını zənginləşdirir, müdafiəyə ayrılan pullardan gəlir əldə etməyi bacarır. Uzunmüddətli gələcək isə aydındır. Qərb bir müddət sonra uğur əldə edəcək. Yəni Putin rejimi və hətta postsovet Rusiyası da dağılacaq”.