Xarici vətəndaşlara torpaq satmaq olarmı? –AÇIQLAMA

0
3

Son dövrlər Azərbaycana gələn xarici turistlər artıb. Xüsusilə də ərəb ölkələrindən Azərbaycana gələn turistlər buraya yatırım imkanlarını araşdırır, biznes qurmağa çalışırlar. Bəs boş torpaq sahəsi olanlar onu xarici vətənşalara sata bilərmi?

FED.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsi məsələyə aydınlıq gətirib. Komitədən bildirilib ki, bu mümkün deyil. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsi xarici ölkə vətəndaşlarının Azərbaycanda torpaq mülkiyyətçisi olmasını nəzərdə tutmur. Torpaq Məcəlləsinin 48.3-cü maddəsinə uyğun olaraq əcnəbilər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər.