- Təbii vasitələrlə müalicə ən səmərəli, məhsuldar və zərərsiz üsuldur. Ona görə də indi insanlar daha çox alternativ tibbə müraciət edir.
Publika.az bu yazıda oxucuları təzyiqi normaya salan reseptin faydaları ilə tanış edib.
Zəncəfil, sarımsaq və limon qarışığı
Bu reseptin vətəni Almaniyadır. Cövhər üç güclü inqrediyentlərdən ibarətdir: Zəncəfil, sarımsaq və limon. Bitkilərin hər biri özlüyündə çox faydalıdır, amma onlar birləşəndə daha böyük möcüzələr yarada bilər.
Sarımsaq yaxşı antiseptik və antibakterial xüsusiyyətləri ilə tanınır. Sarımsağın tərkibinə geniş mikroelementlər spektri daxildir: Natrium, kalium, kalsium, sink, fosfor, mis damarlara müsbət təsir göstərir. Bundan başqa, sarımsaq C, B6 vitaminləri və manqanla zəngindir.
Zəncəfil təbii antioksidant mənbəyi kimi tanınır. Həmçinin o, həzm problemlərindən əziyyət çəkən insanlar üçün çox faydalıdır. Zəncəfili heyrətamiz xüsusiyyətlərə malik olan bitki hesab edirlər. Onun tərkibinə daxil olan maddələr yoğun bağırsaq xərçənginin profilaktikası və müalicəsi üçün effektiv vasitədir.
Və nəhayət limon C vitamini anbarı hesab olunur. Meyvə orqanizmdə turşululuq səviyyəsini tənzimləyən qələvi xüsusiyyətlərə malikdir. Bundan əlavə, sitrus meyvəsi orqanizmin ümumi vəziyyətinə müsbət təsir göstərir, immun reaksiyalar artırır və mübadilə proseslərini sürətləndirir.
Limon, zəncəfil və sarımsaq qarışığı arteriya və təzyiqi ilə mübarizədə gözəl və səmərəli vasitə olacaq.
İnqrediyentlər:
– 4 limon
– 4 baş sarımsaq
– 2 xörək qaşığı sürtgəcdən keçirilmiş zəncəfil
– 2 stəkan su
Hazırlanması:
1. Limon və zəncəfili ehtiyatla yuyun.
2. Limonu qabığı ilə birlikdə doğrayın.
3. Sonra sarımsaq və zəncəfili təmizləyin.
4. Zəncəfil, sarımsaq və limon dilimlərini birlikdə blenderdən keçirin.
5. Qarışığı qazana tökün və su əlavə edin. Cövhər qaynayana qədər daim qarışdırın.
6. Daha sonra mayeni bankaya süzüb soyuducuda saxlayın.
Mayeni səhər yeməyinə 2 saat qalmış acqarına 1 stəkan için. Müalicə kursunu üç həftə ərzində davam edin. Zövq üçün içkiyə bal da əlavə etmək olar! Sonra bir həftə fasilə verin və daha sonra eyni müddət ərzində müalicəyə yenidən başlayın.
Bu cövhər qan təzyiqini tənzimləməyə, sabitləşdirməyə və ümumi vəziyyəti yaxşılaşdırmağa, immuniteti möhkəmləndirməyə qısa müddətdə arteriyaları təmizləməyə kömək edəcək.