“Report”un xəbərinə görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən generalların rütbədən azad edilməsi barədə ölkə Prezidentinə, digər şəxslərin rütbəsi ilə bağlı müvafiq orqanlara təqdimat göndərilməsini istəyib.
O, zərərçəkmişlərin mülki iddiaları ilə bağlı qanuna uyğun qərar verilməsini tələb edib.
Bundan başqa, dövlət ittihamçısı təqsirləndirilən şəxslərə qarşı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) 1 milyon manatlıq mülki iddiasının təmin olunmasını istəyib.
Həmçinin o, təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş mülklərinin müsadirə olunması ilə bağlı qanunauyğun olaraq qərar çıxarılmasını tələb edib.
Təqsirləndirilən şəxslərin vəkilləri çıxış üçün məhkəmədən vaxt istəyib.
Proses martın 1-nə təyin edilib.