Yəmənin Səhiyyə Nazirliyi son 6 ay ərzində ölkədə 933 difteriyaya yoluxma faktını qeydə alıb.
Trend-in məlumatına görə, bu müddət ərzində həmin xəstəlikdən 62 ölüm halı baş verib.
Yəməndə difteriya epidemiyası 2017-ci ilin avqustunda başlayıb. Ötən ilin dekabrında Beynəlxalq Qızıl Xaç Komitəsi difteriyanın yayılma sürətinin artdığını bildirmişdi.
Qeyd olunur ki, xəstəlik əsasən Yəmənin iki əyalətində yayılıb.