Avropa Şurası Paprlament Assambeyası (AŞPA) Azərbaycanda keçiriləcək prezident seçkilərinə müşahidə missiyasının göndərilməsi ilə bağlı martın 15-də qərar verəcək.
APA-nın AŞPA-ya istinadən verdiyi məlumata görə, AŞPA Bürosunun martın 15-də keçiriləcək iclasında Azərbaycanda keçiriləcək prezident seçkiləri müzakirə olunacaq, seçki ilə bağlı xüsusi komitənin (müşahidə missiyası) sədri və üzvləri seçiləcək.
Azərbaycanda prezident seçkiləri aprelin 11-də keçiriləcək.